Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiya diktatoru Vladimir Putini müharibəni dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.
Qaziler.az bildirir ki, bu barədə "The Guardian" xəbər verir.
Britaniyanın baş naziri deyib ki, Putinin nüvə silahları ilə bağlı “məsuliyyətsiz ritorikası” “bizim Ukraynaya dəstəyimizi dayandırmayacaq”.
"İndi biz münaqişənin 1000-ci günündəyik, bu, Rusiyanın təcavüzünün 1000 günü, Ukraynada qurbanların 1000 günüdür. Biz əvvəldən Ukraynanın yanındayıq. Biz Ukraynanın Putinə qarşı bu müharibədə qalib gəlmək üçün lazım olan hər şeyə sahib olmasını təmin etməliyik” - deyə Starmer bildirib.
Starmer Rusiya diktatoruna birbaşa müraciətində deyib: “Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin 1000-ci günündə mən bir daha deyirəm: Müharibəni dayandır, Ukraynadan çıx!”
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Keir Starmer bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırmadığını bildirmişdi. Eyni zamanda o, müttəfiqləri Ukraynaya dəstəyi gücləndirmək üçün səylərini ikiqat artırmağa çağırıb.
QAZİLER.AZ