Rusiya Prezidenti Vladimir Putin Rusiyanı təhdid etməyi "perspektivsiz" məşğuliyyət adlandırıb. Axar.az Riaya istinadən xəbər verir ki, Putin vətəndaşlarla görüşü zamanı Rusiyanın prioritetlərindən bəhs edib:
“Bizim tək amalımız istər Suriyada, istərsə də digər ərazilərdə terrorizmə qarşı mübarizə aparmaqdır və biz bunu edirik. Rusiyanı qorxutmaq və ya təhdid etmək heç kimin hünəri deyil”.