Rusiya Müdafiə Nazirliyi Buryatiya Respublikasında yerləşən Cənub Hərbi Dairəsinə "İsgəndər-M" raket sistemlərinin verildiyini bildirib. Axar.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda vurğulanıb ki, sözügedən raket sistemlərinin tətbiqinə dair əsgərlərə hərbi təlimlər keçiriləcək. Eyni zamanda hərbi personalı gücləndirmək məqsədilə belə addım atıldığı vurğulanıb.
Qeyd edək ki, NATO-nun “SS-26 Stone” adlandırdığı, yüksək manevr qabiliyyətinə malik olan "İsgəndər-M" raket sistemi sadəcə 20 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətilirilir.