İsrailin maliyyə naziri HƏMAS hərəkatını hədələdi

İsrailin maliyyə naziri HƏMAS hərəkatını  hədələdi backend

İsrail Fələstinin HƏMAS hərəkatına ultimatum verməlidir.

Qaziler.az bildirir ki, bu fikri İsrailin maliyyə naziri Bezalel Smotriç İsrailin “7-ci kanal”ı ilə bölüşüb.

O qeyd edib ki, HƏMAS tərəfindən oğurlanan girovları geri qaytarmaq üçün İsrail ordusu Qəzza zolağının bütün şimal hissəsini işğal etməlidir.

"İsrail HƏMAS-a məlumat verməlidir ki, girovlar geri qayıtmasalar, biz öz suverenliyimizi həyata keçirəcəyik və orada əbədi qalacağıq", - Smotriç deyib.

Nazir oğurlanmış insanları geri qaytarmaq üçün Fələstin qrupunu anklavda hakimiyyətdən məhrum etməyi vacib bilib. O, qeyd edib ki, Qəzza zolağına “Həmasın ömrünü uzadan” humanitar yardımların tədarükünü dayandırmaq lazımdır.

QAZİLER.AZ

Diaspora