Abxaziya parlamenti prezidentin istefası ilə bağlı qərar qəbul edib

Abxaziya parlamenti prezidentin istefası ilə bağlı qərar qəbul edib backend

Abxaziya parlamenti respublika prezidenti Aslan Bjanianın istefasını qəbul edib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla yazır. Deputatlar bu qərarı rayondakı etirazlardan sonra veriblər.

Agentliyin məlumatına görə, 28 parlamentari Abxaziya rəhbərinin istefasının lehinə çıxış edib. Yalnız bir nəfər əleyhinə səs verib, iki bülleten isə etibarsız sayılıb.

Səsvermə parlamentin noyabrın 19-da keçirilən iclasında baş tutub.

QAZİLER.AZ

Diaspora