Türklər yunanlara qarşı soyqırım həyata keçirməyib. Axar.az xəbər verir ki, bunu Yunanıstanın Təhsil naziri Nikos Filis deyib. O bildirib ki, etnik təmizləmə və soyqırım fərqli anlayışlardır:
“Pontus yunanlarının faciəsini yaxşı anlayıram. “Gənc türklər”in axıtdığı qan yaddaşlardan silinməyib. Lakin bu soyqırım demək deyil. Etnik təmizləmə ilə soyqırım anlayışı eyniləşdirilməməlidir. Soyqırım bir milləti məqsədli şəkildə məhv etmək üçün həyata keçirilən proqramdır. Beynəlxalq məhkəmələr bununla bağlı yekun qərarlarını verməlidir. Digər tərəfdən mən fikirlərimi heç kimə qəbul etdirməyə çalışmıram. Bu, mənim şəxsi mülahizələrimdir”.Qeyd edək ki, nazirin bu çıxışı Yunanıstanın rəsmi dairələrində birmənalı qarşılanmayıb.