Paraqvay prezidenti Santiaqo Pena sinə ağrısı səbəbilə təcili yardım maşını ilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini tərk edib.
Bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib.
Belə ki, Pena xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub.
Elektrokardioqramma zamanı anomaliya aşkarlanıb və nəticədə prezidentin özəl xəstəxanaya göndərilməsi barədə qərar qəbul edilib.