Livan və “Hizbullah” təşkilatı ABŞ-nin İsraillə təklif etdiyi atəşkəs sazişi layihəsini bəyənib.
Bu barədə "Reuters" agentliyinə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.
Onun sözlərinə görə, Livan məzmunla bağlı bəzi şərhlərin qeydə alındığı yazılı cavabını ABŞ-nin Beyrutdakı səfiri Liza Consona bazar ertəsi göndərib.
Əli Həsən Xəlil indi hər şeyin İsraildən asılı olduğunu qeyd edərək, hazırkı təkliflərin atəşkəsə nail olmaq üçün göstərilən səylərdən ən ciddisi adlandırıb.
Report.az