Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı Rusiyanın Ukraynaya qarşı müharibəsi qarşılığında Avropa birliyini zəiflədən strateji səhvdir.
Qaziler.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna deyib.
Avropa İttifaqının xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində “Reuters” agentliyinə müsahibəsində Tsaxna Şoltsa qarşı beynəlxalq tənqidlərin digər Avropa liderlərini Putinlə danışıqlardan çəkindirəcəyinə ümid etdiyini deyib.
Lakin ölkəsi Ukraynanın ən güclü tərəfdarlarından biri və Moskvanın ən şiddətli tənqidçilərindən biri olan Tsaxna qeyd edib ki, bu telefon danışığı Qərbin Putini təcrid etmək səylərini sarsıdıb.
QAZİLER.AZ