“İsrail İrana son hücumunda İslam respublikasının nüvə proqramının konkret komponentini vurub”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu, sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə vurulub”, - baş nazir Knessetin (parlament) iclasında bildirib.
Onun sözlərinə görə, bu zərbə İranın nüvə proqramını dayandırmayıb, əksinə, onun həyata keçirilməsini 10 il ləngidib. Netanyahu qeyd edib ki, İran uranın zənginləşdirilməsində böyük irəliləyiş əldə edə bilib.
Baş nazir əlavə edib ki, İsrail ordusu ballistik raketlərin istehsal olunduğu İranın müdafiə zavodlarına da ciddi zərbə vurub.
QAZİLER.AZ