Rusiyada şok: “SSRİ-nin çöküşü...”

Rusiyada şok: “SSRİ-nin çöküşü...” backend

Rusiyanın Baş prokuroru Yuri Çayka SSRİ-nin süqutu ilə bağlı qərarın qanuniliyini yoxlamalı və günahkarları məhkəməyə cəlb etməlidir. Axar.az xəbər verir ki, bu tələb hakim Vahid Rusiya Partiyasından olan deputat Yevgeni Fyodorovun Rusiyanın Baş prokuroru Yuri Çaykaya göndərdiyi rəsmi müraciətdə yer alıb. Onun sözlərinə görə, SSRİ-nin çöküşü humanitar xarakterli faciə oldu:

“Dövlətin məhvindən sonra 25 milyon etnik rus öz istəyinin əksinə olaraq xaricdə qaldı. Prezident belə bir çıxışı oktyabrın sonunda etdi. Putin bununla demək istədi ki, 1991-ci ildə SSRİ-nin siyasi, iqtisadi, sosial sistem və institutlarının yox edilməsi bu ölkənin milyonlarla vətəndaşının hüquqlarının məhvinə səbəb oldu. Yəni mahiyyətcə qanunsuz qərarlar Qorbaçovun əmrləri əsasında qəbul edilmişdi”.

Qeyd edək ki, Fyodorov bundan öncə iyun ayında eyni mahiyyətli sorğu ilə baş prokurora müraciət etmişdi. O zaman Fyodorova bu müraciətin hüquqi perspektivinin olmaması bildirilmişdi. Fyodorov həmin zaman Estoniya, Litva və Latviyanın müstəqilliyinin qanunsuz hesab edilməsini istəmişdi.

Bundan öncə isə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də Finlandiya və Baltikyanı ölkələrin müstəqilliyinin ləğv edilməsini tələb etmişdi.
Diaspora