Dialoqdan imtina və danışıqlar üçün kanalların bağlanması Aİ-nin Ukrayna münaqişəsində strategiyasının uğursuzluğunun əsas səbəbləri olub.
Qaziler.az xəbər verir ki, buu fikirləri “M1” kanalına Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Siyartoya görə, diplomatik və kommunikasiya kanallarına deyil, dialoqa deyil, danışıqlara deyil, onların qapadılmasına və imtina edilməsinə diqqət yetirilib.
Macarıstanın xarici işlər naziri hesab edir ki, bunun üçün əsas məsuliyyət Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ diplomatik xidmətinin tezliklə təqaüdə çıxacaq rəhbəri Cosep Borelin üzərinə düşür.
QAZİLER.AZ