Türkiyə: “Kürdüstan” sabitliyin faktorudur”

Türkiyə: “Kürdüstan” sabitliyin faktorudur” backend

Türkiyənin Xarici İşlər naziri Firidun Sinirlioğlu Şimali İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Baş naziri Neçirvan Bərzani ilə görüşüb. Axar.az xəbər verir ki, Ərbildə baş tutan görüş ictimaiyyətə qapalı keçirilib.


Regional Rəhbərliyin yaydığı bəyanatda görüş zamanı bölgədə baş verən hadisələr və ikitərəfli əlaqələr müzakirə olunub.

Bərzani 1 noyabr parlament seçkisinin insidentsiz baş tutmasına görə Türkiyə xalqını təbrik edib. O, yeni hökumətin qısa müddətdə qurulmasını və Türkiyə ilə İKRR arasında əlaqələrin güclənərək davam etməsini xahiş edib.

Sinirlioğlu da öz növbəsində Türkiyə ilə Regional Rəhbərlik arasında əməkdaşlığın hər sahədə genişləndirilməli olduğunu bildirib:

“Terrorun kökünün bölgədən tamamilə kəsilməsi üçün əməkdaşlıq önəmlidir. Türkiyə “Kürdüstan” bölgəsini sabitliyin faktoru olaraq görür”.

Qeyd edək ki, Sinirlioğlu səfər çərçivəsində Regional Rəhbərliyin başçısı Məsud Bərzani və digər rəsmilərlə görüşəcək.
Diaspora