İsrail ordusu Hizbullah terror qruplaşmasının əsas təbliğatçısı və spikeri Məhəmməd Afifi məhv edib. O, İsrailə qarşı terror fəaliyyətini təbliğ edirdi.
Qaziler.az bildirir ki, bu barədə Bild istinadən xəbər verir.
Afif "Hizbullah"ın yüksək rütbəli hərbi əməliyyatçısı olub. O, hakimiyyətin ən yüksək eşelonlarının nümayəndələri ilə əlaqə saxlayır və İsrailə qarşı terror əməliyyatlarının həyata keçirilməsinə yönəlmiş fəaliyyətləri birbaşa əlaqələndirirdi.
Afif Livan mediası vasitəsilə israillilərə qarşı terror hücumlarını təbliğ edən bəyanatları fəal şəkildə yayırdı. Bundan əlavə, o, İsrail vətəndaşlarını qorxutmaq və ruhdan salmaq məqsədi daşıyan çoxsaylı psixoloji əməliyyatlarda əsas fiqur olub.
QAZİLER.AZ