Niderland XİN rəhbəri Rusiyanın Ukraynaya qarşı müharibədə əsas "ortağ"ının adını çəkib

Niderland XİN rəhbəri Rusiyanın Ukraynaya qarşı müharibədə əsas "ortağ"ının adını çəkib backend

Çin və Rusiya arasında ticarət Avropanın təhlükəsizliyinə “birbaşa təsir” göstərir. NATO Çinə Ukraynaya qarşı müharibədə Rusiyanın “həlledici dəstəkçisi” kimi baxır.

Qaziler.az-ın məlumatına görə, "Reuters" xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Kaspar Veldkamp deyib.

Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşündən əvvəl Veldkamp deyib ki, Çin firmaları Rusiya silahları, o cümlədən pilotsuz təyyarələr üçün komponent kimi istifadə olunan mallar satırlar.

"Mən bu məsələni Çinin xarici işlər naziri Van İ ilə iki dəfə qaldırdım və hesab edirəm ki, avropalılar olaraq hamımız bunu etməliyik, çünki Çin bunu dərk etməlidir: bu, Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərir", - Veldkamp.deyib.

Veldkamp bildirib ki, o, bazar ertəsi Avropa İttifaqının digər xarici işlər nazirləri ilə Çinin Rusiyaya dəstəyi ilə bağlı nə edəcəyini müzakirə edəcək.

“Biz Rusiyanın Ukraynadakı müharibəsində xarici yardımla bağlı hər şeyi müzakirə edirik, istər İran, istər Şimali Koreya, istərsə də Çin olsun”, - o deyib.

QAZİLER.AZ

 

Diaspora