Ermənistanla ikitərəfli müqavilənin imzalanması Rusiyaya gələn cinayətkarların sayının artması deməkdir. Bu barədə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Dövlət Dumasında Ermənistan vətəndaşlarının Rusiyaya gəlməsi barədə ikitərəfli müqaviləsinin müzakirəsi zamanı bildirib.
“Ruslar Ermənistandan gizlənə bilməzlər, bu ölkə təkmillətlidir və ruslar dərhal tanınır. Rusiya isə çoxmillətli ölkədir, burda gəlmələr elə də tanınmır. Biz bu sazişi təsdiq edirik. Bəlkə bir özümüzə sual verək - bu, bizim ölkəyə gələn cinayətkarların sayını artırmayacaq ki?” - deyə LDPR lideri vual verib.Erməni mətbuatı dərhal özündən çıxıb və Jirinovskinin Bakıya səfəri zamanı Azərbaycan barədə dediklərini dərhal xatırlayıb. “Azərbaycan bu gün rentabelli dövlətdir. Bakı heç kimdən heç nə istəmir və heç kimin altına uzanmır”, - deyə Jirinovski onda bildirmişdi.
Erməni jurnalistləri LDPR liderinin hər iki ifadəsini tutuşduraraq Ermənistanın ciddi şəkildə təhqir olunduğunu vurğulyırlar. Yəni Jirinovski Ermənistanın başını girləmək üçün istənilən yola getdiyini vurğulayıb. Vallah, ağır dərddir. Biri var, pis yola gedən bir nəfər ola, yenə bir əlacı var, amma millətin adının pis yola gedən kimi çıxmasının dərmanı yoxdur.