Livan hökuməti İsrailin təcavüzünü dayandırmaq və sərhəddə sabitliyi bərpa edəcək BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına nail olmaq üçün hər şeyi edir.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəcib Mikatinin İsrailin PUA zərbəsi nəticəsində Livan ordusunun üç əsgərinin öldürülməsindən sonra X-də dərc olunan bəyanatında deyilir.
Bildirilir ki, Mikati ordu komandiri Cozef Aunla əlaqə saxlayıb və onun vasitəsilə həlak olan əsgərlərin yaxınlarına başsağlığı verib. Hökumət başçısı qeyd edib ki, 2023-cü ilin oktyabrında ölkənin cənubunda hərbi eskalasiya başlayandan bəri Livan qüvvələri 36 əsgər və zabitini itirib.