Baş nazir gecə klubuna görə İSTEFA VERDİ

Baş nazir gecə klubuna görə İSTEFA VERDİ backend

Rumıniyanın baş naziri Viktor Ponta istefa verib. "RİA Novosti" xəbər verir ki, bu haqda hakim Rumıniya Sosial-Demokratik Partiyasının təmsilçisi Liviu Draqnea bildirib. Baş nazirin istefa verməsinə səbəb ölkə paytaxtı Buxarestdəki "Colectiv" adlı gecə klubunda baş verən yanğın olub.

Oktyabrın 31-də baş verən həmin hadisə nəticəsində 32 nəfər həyatını itirib, 200-ə yaxın insan müxtəlif dərəcədə yanıb.

Qeyd edək ki, Buxarestdə və ölkənin başqa şəhərlərində yanğınla bağlı etiraz yürüşü keçirilib. Aksiya iştirakçıları baş nazir Viktor Ponta və daxili işlər naziri Qabriel Oprinin istefasını tələb edirdilər. Etirazçılar onları korrupsiyaya himayədarlıq etməkdə günahlandırırlar. Aksiya iştirakçıları bildirib ki, baş nazir və daxili işlər nazirinin bu əməli nəticəsində gecə klubunda faciə baş verib.
Diaspora