Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Lima sammitinin bəyannaməsi razılaşdırılıb.
QAZÍLER.AZ Axar.az-a isinaden xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev Teleqram kanalında məlumat verib.
O, yaxın dəqiqələrdə sənədin iştirakçı ölkələr tərəfindən təsdiqlənəcəyini bildirib.
"Bəyannamə tamamilə konsensual xarakter daşıyır və süni şəkildə siyasiləşdirilmiş subyektləri özündə ehtiva etmir", - Berdıyev vurğulayıb.
Qeyd edək ki, Perunun paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilir.