Polşada bomba təlaşı: 3 minə yaxın insan evlərindən təxliyə edilib

Polşada bomba təlaşı: 3 minə yaxın insan evlərindən təxliyə edilib backend

Polşanın ölkənin şərqində yerləşən Lyublin şəhərində partlamamış hava bombası aşkar edilib.

Qaziler.az bildirir ki, bu barədə “Polsat” məlumat yayıb. Nəşr qeyd edib ki, ərazidəki əhali təxliyə edilib və 3 minə yaxın insan müvəqqəti olaraq evlərini tərk etməli olub. Mütəxəssislər mərminin İkinci Dünya Müharibəsindən qaldığını irəli sürüblər.

“Lyublin şəhərində tikinti podratçısı İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba ilə qarşılaşıb”, - nəşr yazıb.

Məlumata görə, partlamamış mərmi noyabrın 14-ü axşam saatlarında tapılıb. Vətəndaşlar fövqəladə xidmətə müraciət edib, bundan sonra istehkamçılar hadisə yerinə gəliblər.

Mütəxəssislər əvvəlcə sursatın ətrafını mühasirəyə alıb, sonra isə yaxınlıqdakı 6 küçənin sakinlərini təxliyə etmək qərarına gəliblər. Bu yerdən 200 metr aralıda potensial təhlükəli zona da müəyyən edilib.

Bomba mütəxəssisləri bir gün ərzində bombanı zərərsizləşdirə biləcəklərinə söz veriblər. Materialda mərmi, o cümlədən onun növü haqqında heç bir təfərrüat göstərilməyib.

QAZİLER.AZ

Diaspora