Putin Almaniya ilə münasibətlərin pisləşdiyini BƏYAN ETDİ

Putin Almaniya ilə münasibətlərin pisləşdiyini  BƏYAN ETDİ backend

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığından sonra Moskva ilə Berlin arasında münasibətlərin görünməmiş dərəcədə pisləşdiyini bəyan edib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, Rusiya dövlət başçısı mövcud vəziyyəti Almaniya hökumətinin qeyri-dost kursunun bilavasitə nəticəsi adlandırıb.

“Rusiya-Almaniya münasibətlərindəki vəziyyətə də toxunulub. Vladimir Putin Almaniya hakimiyyətinin qeyri-dost kursunun nəticəsi olaraq bütün istiqamətlərdə onların görünməmiş deqradasiyasını qeyd edib”, -məlumatda qeyd edilib.

Şolts ilə söhbəti zamanı Putin xatırladıb ki, Almaniya ilə münasibətlərdə Rusiya həmişə enerji ilə bağlı öz öhdəliklərini yerinə yetirib. Prezident həmçinin əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Lakin bunun baş verməsi üçün Moskva Berlin tərəfdən maraq görməlidir.

QAZİLER.AZ

Diaspora