İsveçli nazir "bananafobiya"ya görə onları tədbirlərə gətirməyi qadağan edib

İsveçli nazir "bananafobiya"ya görə onları tədbirlərə gətirməyi qadağan edib backend

İsveçin Gender Bərabərliyi Naziri Paulina Brandberg deyib ki, onun “bananafobiya”sı ciddi tədbirlər tələb edir.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 14-də “Expressen” qəzeti yazıb.

Qadın sosial şəbəkələrdə "banan qorxusu"ndan əziyyət çəkdiyini etiraf edib. Üstəlik, bu meyvəyə qarşı fobiya o qədər güclüdür ki, Brandberqlə görüşdən əvvəl məmurlar qeyri-ixtiyari olaraq meyvənin "izləri"ni itirməli olurlar.

Belə bir etiraf diqqətdən yayınmayıb və isveçli siyasətçilər naziri dəstəkləyiblər.

“Zəhmətkeş bir nazirin fobiyadan əziyyət çəkməsi məni narahat edir və insanlar buna gülürlər”, - deyə Baş nazir Ulf Kristersson.

Bundan əlavə, Brandberqin mübarəzəsində tək olmadığı ortaya çıxıb. İsveç Sosial Demokrat İşçi Partiyasının üzvü Tereza Karvalyo da meyvələrdən eyni irrasianal qorxu yaşayır.

Brandberg özü nəşrə bildirib ki, mütəxəssislərin köməyi sayəsində fobiya ilə mübarizə aparır.

QAZİLER.AZ

Diaspora