Rutte: NATO Ukraynaya Rusiya ilə müharibəni danışıqlar yolu ilə dayandırmağa kömək etməlidir, lakin...

Rutte: NATO Ukraynaya Rusiya ilə müharibəni danışıqlar yolu ilə dayandırmağa kömək etməlidir, lakin... backend

Müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlara nə vaxt başlayacağına yalnız Ukrayna qərar verə bilər. Eyni zamanda, NATO müttəfiqləri Ukraynaya hərbi yardım göstərməyə davam etməlidir ki, o, güclü mövqedən danışıqlar apara bilsin.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki,  bunu NATO-nun baş katibi Mark Rutte Latviya prezidenti Edqar Rinkeviçlə birgə mətbuat konfransı zamanı deyiib.

“Rusiya ilə danışıqlara başlamaq və bu müharibəni necə bitirmək barədə yalnız Ukrayna hökuməti qərar verə bilər. Amma onlar (ukraynalılar - red.) bunu güc mövqeyindən etməlidir. Ona görə də biz Ukraynaya müdafiə yardımı çatdırmağa davam etməliyik ki, onlar bu qərarı qəbul etdikdə onların güclü mövqedə olmasını təmin edək”, - Rutte bildirib.

O, həmçinin Ukraynanın NATO-ya üzvlük yolunun dönməz olduğunu bir daha vurğuladı.

QAZİLER.AZ

 

Diaspora