Çin “Çjunsin-2C” (ChinaSat 2C) telekommunikasiya peykini uğurla kosmosa buraxıb və hesablanmış orbitə çıxarıb. İKT.lent.az-ın “TASS”a istinadən xəbərinə görə, Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanan və Çinin “China Satellite Communications Co” peyk rabitəsi şirkətinə məxsus peykdən radio-televiziya yayımı, eləcə də genişzolaqlı internet rabitəsinin təmini üçün istifadəsi nəzərdə tutulur.
“Çjunsin-2C” Siçan kosmodromundan “Çançjen-3i” (Böyük yürüş-3B) raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılıb. Raketdaşıyıcısının buraxılışı “Çanjen” seriyasından olan raketdaşıyıcıları üçün 216-cı buraxılış olub.