Rusiyada filoloq və jurnalistləri birləşdirmək istəyirlər

Rusiyada filoloq və jurnalistləri birləşdirmək istəyirlər backend

Elm və Təhsil Nazirliyi Rusiya universitetlərində jurnalistika və filologiya fakültələrinin birləşdirilməsi imkanlarını müzakirə edir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin elm və təhsil nazirinin müavini Dmitri Afanasyev Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, 2026-cı ildə Rusiyada yeni jurnalist təhsili sisteminin formalaşdırılması planlaşdırılır.

“İddia edilən və filoloqlar tərəfindən dəstəklənən təklif daha yaxın istiqamətlərin birləşdirilməsidir. Ayrıca jurnalistika elmləri olmadığı üçün jurnalistlər əsasən filoloji təhsildən başlayırlar”, - deyə nazir müavini bildirib.

Nazir ideyanın prezidentin göstərişi ilə yarandığını da xatırladıb.

QAZİLER.AZ

Diaspora