Tramp Ukrayna ilə bağlı qərarıyla ABŞ-ni alçalda bilər

Tramp Ukrayna ilə bağlı qərarıyla ABŞ-ni alçalda bilər backend

“ABŞ Ukraynaya yardımı dayandırarsa, bu, onun Əfqanıstanı tərk etməsindən daha böyük rüsvayçılıq olar”.

Qaziler.az “The Telegraph”a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq deyib.

Heyqin fikrincə, Tramp administrasiyası Ukraynanın dağılmasına icazə verərsə, bu, ABŞ-ın dünya miqyasında nüfuzuna mənfi təsir göstərəcək.

“Tramp Co Baydenin Əfqanıstandakı xaotik çıxışını tənqid edir, lakin o, Ukraynanın parçalanmasına icazə versə, bu, ABŞ-nin dünya və Tayvan ətrafındakı gələcək böhranın qarşısını almaqla bağlı imkanları üçün böyük rüsvayçılıq olacaq”, - keçmiş siyasətçi deyib.

Böyük Britaniyanın keçmiş xarici işlər nazirinin sözlərinə görə, “Qərbin dünyada gücünü saxlamaq Trampın öz maraqlarına uyğundur”.

QAZİLER.AZ

Diaspora