“Ümid edirəm ki, Gürcüstan Avropa seçimini və onun demokratik modelini təsdiq edəcək”.
Qaziler.az "Qruziya -onlayn"a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitinin açılışında çıxışı zamanı deyib.
“Müzakirə mövzusu həm də Avropa demokratiyasının modelidir: Gürcüstan, Moldova. Bizdə kiberhücumlar, seçicilərin rüşvətxorluğu, manipulyasiyası olub. Bütün müşahidəçilər bunu qeyd etdilər. Mən Maya Sandunu qələbəsi münasibətilə təbrik etmək istəyirəm və ümid edirəm ki, Gürcüstan Avropa seçimini və onun demokratik modelini təsdiq edəcək”, – Makron bildirib.
QAZİLER.AZ