Almaniya prezidenti üç naziri işdən çıxarıb

Almaniya prezidenti üç naziri  işdən çıxarıb backend

Almaniya prezidenti Frank-Valter Ştaynmayer hökumətdə qarşısıalınmaz fikir ayrılıqları olduğunu açıqlayıb. O, "Azad Demokrat Partiyası"nın üç nazirini işdən çıxarıb.

Bu barədə RBC-Ukrayna “Spiegel”ə istinadən xəbər verir.

Bu nazirlər öz postu ilə vidalaşmalı olub:

Maliyyə naziri Kristian Lindner,
Təhsil və Araşdırma naziri Bettina Stark-Vatysinger,
Ədliyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Naziri Mark Buşman.

Almaniya hökumətində kadr dəyişiklikləri dünən gecə baş verən koalisiyanın dağılmasının nəticəsidir.

QAZİLER.AZ

Diaspora