Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bu gün gecə yarısı tərəfdarları qarşısında çıxış edəcək.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” Ağ Evin rəsmi cədvəlinə istinadən xəbər verir.
“Vitse-prezident Vaşinqtonda olacaq, burada brifinqlər və işçilərlə daxili görüşlər keçirəcək. Bu görüşlər mətbuata qapalı olacaq. Vitse-prezident ABŞ vaxtı ilə saat 16:00-da Hovard Universitetində çıxış edəcək”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, ABŞ-də keçirilən prezident sçekilərində Donald Tramp qalib olub və andiçmə mərasimi isə 2025-ci il yanvarın 20-də Vaşinqtondakı Kapitolidə baş tutacaq.
QAZİLER.AZ