Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsinə cavab olaraq birgə plan hazırlamaq zərurəti ilə bağlı Avropa İttifaqı ölkələrinə çağırışını yüksək qiymətləndirib.
Qaziler.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Telegram” kanalında yazıb.
Zaxarovanın sözlərinə görə, Fransa lideri Aİ ölkələrini birləşməyə və strategiya hazırlamağa çağırıb.
“Fransa Prezidenti vurğuladı ki, Aİ ölkələrinə “hər kəs özü üçün” prinsipi ilə hərəkət etməsinə icazə verilə bilməz. Dartanyan", - Zaxarova deyib.
Məlum olub ki, Makron respublikaçı Donald Trampı ABŞ seçkilərində qələbəsi münasibətilə təbrik edib. O, Paris və Vaşinqtonun "dörd il ərzində etdikləri" kimi "birgə işləməyə" hazır olduğunu bildirib.
QAZİLER.AZ