Belarus prezidenti Aleksandr Lukaşenko respublikaçı Donald Trampı ABŞ-nin prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Belarus lideri həmkarına Amerikanı yenidən möhtəşəm edəcək ağıllı siyasi qərarlar verməyi arzulayıb.
“Amerika Birləşmiş Ştatlarının prezidentliyinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Amerikanı yenidən möhtəşəm edəcək ağıllı siyasi qərarlar verməyi arzulayıram”, - Lukaşenkonun təbrik məktubunda deyilib.
Lukaşenko qeyd edib ki, builki səsvermə görünməmiş mübarizə şəraitində keçib.
QAZİLER.AZ