ABŞ-ın hazırkı vitse-prezidenti, Demokratlar Partiyasından namizədliyini irəli sürmüş Kamala Harris günün sonuna kimi rəqibi respublikaçı Donald Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik etmək niyyətindədir.
Qaziler.az xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb. Qeyd olunub ki, Ağ Evin rəhbəri Co Bayden də eyni şeyi etməyə hazırlaşır.
Nəşrin həmsöhbəti bildirib ki, Bayden Trampın qələbəsini ləyaqətlə qəbul etmək və sələfinin 2020-ci ildə etmədiyini - yəni seçilmiş lideri Ağ Evə dəvət etmək, həmçinin onun andiçmə mərasimində iştirak etmək istəyir.
Qeyd edək ki, prezident seçkilərində qalib gələn Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edərək “siyasi qələbə” qazandığını bəyan edib. KİV-in məlumatına görə, o, 277 seçici səsini qazanaraq Ağ Evə qayıdacaq.
QAZİLER.AZ