ABŞ Rusiyaya qarşı sanksiyaları uzada bilər

ABŞ Rusiyaya qarşı sanksiyaları uzada bilər backend

Minsk razılaşmaları yerinə yetirilmədiyi təqdirdə, ABŞ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Bencamin Ziff bəyan edib.

“Rusiya Minsk razılaşmalarını yerinə yetirməsə 2016-cı ilin əvvəlində sanksiyalar növbəti müddətədək uzadılacaq”, deyə B.Ziff bildirib.

Belarusun paytaxtı Minskdə Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən fevralda imzalanıb.
Diaspora