Qalantı istefaya göndərən Netanyahu onun yerinə kimi təyin edəcəyini bildirib

Qalantı istefaya göndərən Netanyahu onun yerinə kimi təyin edəcəyini bildirib backend

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərdiyini bildirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onun açıqlamaları ofis tərəfindən noyabrın 5-də Telegram kanalında dərc olunub.

Hökumət başçısı bu vəzifəyə İsrailin xarici işlər naziri İsrael Katsı təyin edəcəyini bildirib.

Netanyahu xarici işlər naziri vəzifəsini portfelsiz nazir Gideon Saara təklif edib.

"Təəssüf ki, müharibənin ilk aylarında etimad və çox məhsuldar iş olsa da, son aylarda mənimlə müdafiə naziri arasında bu etimad çat verdi", - Netanyahu qərarını izah edib.

Qeyd edək ki, Yoav Qalant 29 dekabr 2022-ci ildən müdafiə naziri vəzifəsini icra edirdi.

QAZİLER.AZ

Diaspora