KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib

KİV: “İslami müqavimət” silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına hücum edib backend

“İraq İslami Müqavimət” hərəkatının silahlı bölmələri Suriyanın Deyr əz-Zor əyalətində “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-nin hərbi bazasına hücum edib.

“Report” xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hərbi obyektin ərazisində azı üç partlayış səsi eşidilib.

Şahidlərin sözlərinə görə, Suriya ordusunun tərəfində döyüşən döyüşçülər ABŞ bazasına hücum etmək üçün kamikadze-dronlardan istifadə ediblər.

Daha əvvək hərəkatın sözçüsü Cəfər əl-Hüseyni döyüşçülərinin İsrail və regiondakı Amerika hədəflərinə qarşı zərbələri gücləndirməklə fələstinli və livanlı qardaşlarına dəstək verəcəklərini açıqlamışdı.

Diaspora