Hollivud aktyorları ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi açıq şəkildə dəstəkləməyə məcbur edilir.
Qaziler.az “NEWS.ru”a istinadla xəbər verir ki, bunu milyarder İlon Mask komediyaçı Co Roqana deyib. Onun sözlərinə görə, ulduzlardan “çox nəzakətlə” dəstək istənilir.
“Amma bunu etməsən, bu barədə sənə deməsələr belə, sənə bir daha zəng edilməyəcək, filmlər və konsert təklifləri olmayacaq”, - Mask bildirib.
İş adamı vurğulayıb ki, sənətçilər bu çağırışların nəticələrindən xəbərdardırlar və karyeraları üçün qorxaraq bu çağırışları edirlər. Mask Harrisin amerikalıların ölkə xaricindəki silahlı münaqişələrdə iştirak etməməsi ilə bağlı sözlərini “açıq-aşkar yalan” adlandırıb.
Qeyd edək ki, ABŞ-da seçkilər iki mərhələdə keçirilir. Milli səsvermə noyabrın 5-də keçiriləcək, daha sonra dekabrın 17-də 50 ştatın hər birində və Kolumbiya dairəsində keçiriləcək. Seçkilərin səsləri 6 yanvar 2025-ci ildə hesablanmaq üçün ABŞ Konqresinə təqdim ediləcək. Qələbə qazanmaq üçün namizədlər ən azı 270 seçici səsini almalıdırlar.
QAZİLER.AZ