Amerikalı iş adamı İlon Mask bildirib ki, Kəmalə Harris ABŞ prezident seçkilərində qalib gəlsə, Amerika hökuməti “X” sosial şəbəkəsinin bağlanmasına nail olacaq.
Qaziler.az “Gazeta.ri”ya istinadla xəbər verir ki, o, bu barədə amerikalı teleaparıcı Co Roqanın podkastında bildirib.
Maskın sözlərinə görə, Birləşmiş Ştatlarda “Virtual Məkanda Nifrət Nitqinə Qarşı Mübarizə Mərkəzi”nin daxil etdiyi senzura təşkilatları var. Mask bunu Corc Oruellin “1984” distopik romanındakı dürüstlük nazirliyi ilə müqayisə edib.
“Reklamçıları [“X” sosial şəbəkəsini] boykot etməyə məcbur edirlər. Harris qalib gəlsə, boykot tendensiyasının gücləndiyini görəcəyik və bizi bağlayacaqlar. Kamalə rejimi “X”in mövcud olmasına imkan verməyəcək”, – Mask deyib.
QAZİLER.AZ