Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Rusiya 100-ə yaxın vətəndaşını və onların ailə üzvlərini Beyrutdan Moskvaya daşıyacaq.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti”yə idarənin mətbuat xidmətindən məlumat verilib.
Agentliyin həmsöhbəti bu şəxslərin öz istəkləri ilə münaqişə zonasını tərk etmək istəmələrinə aydınlıq gətirib.
Bundan başqa, Rusiya Prezidenti Vladimir Putinin və Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə departamentin xüsusi reysi ilə Livana 19 tondan çox humanitar yük, o cümlədən ilkin tələbat malları və dərman preparatları çatdırılıb.
QAZİLER.AZ