Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu backend

Rusiyada 4,2 bal gücündə zəlzələ baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Stavropol şəhərindən 28 km qərbdə, ocağı 80 km dərinlikdə yerləşib.

Yerli vaxtla saat 20:47-də baş verən zəlzələ həmçinin Pyatiqorsk, Yessentuki şəhərləri və İnquşetiya Respublikasında hiss olunub.

Dağıntı və zərərçəkən yoxdur.
Diaspora