Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa vermək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “Blic”məlumat yayıb.
Nəşr qeyd edib ki, bu, noyabrın 1-də Novi Sad stansiyasında tavanın uçması nəticəsində 14 nəfərin ölümü ilə nəticələnən faciədən sonra baş verib. Parlament istefanı təsdiqlədikdən sonra məmur texniki mandatdakı vəzifələrini də yerinə yetirməyi dayandıracaq.
“Novi Sadda qəza baş verən gün istefaya getmək istədiyimi Serbiya hökumətinin başçısına bildirdim. Mən də öz niyyətimi respublika prezidentinə bildirdim. Sizə bildirmək istəyirəm ki, sabah səhər mən Serbiya Respublikasının tikinti, nəqliyyat və infrastruktur naziri vəzifəsindən rəsmən istefa verəcəyəm", - Vesiç açıqlamasında deyib.
Qeyd edək ki, Serbiyanın Novi-Sad şəhərində vağzal binasında beton talvarın uçması nəticəsində 8-i Serbiya vətəndaşı olmaqla 14 nəfər həlak olub.
QAZİLER.AZ