İsrailin Livanın ərazilərinə zərbələr endirməyə başladığı gündən bəri itkilərin sayı üç min nəfəri keçib, 13 492 mülki şəxs isə yaralanıb.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, təkcə noyabrın 3-də İsrailin hücumları nəticəsində 16 nəfər həlak olub, 90 vətəndaş yaralanıb.
“İsrailin Livana təcavüzü başlayandan bəri ölənlərin sayı 3002 nəfərə çatıb, 13492 dinc sakin isə yaralanıb”, - bəyanatda deyilib.
QAZİLER.AZ