Taqanroqun başçısı Svetlana Kamburova şəhər sakinlərini Taqanroq körfəzində suyun səviyyəsinin qalxması ilə əlaqədar mümkün evakuasiyaya hazırlaşmağa çağırıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
Merin sözlərinə görə, hazırda ekspertlər güclü külək nəticəsində Taqanroq körfəzində suyun səviyyəsinin artımını qeydə alırlar. Şəhərin Fövqəladə Hallar üzrə Mühafizə İdarəsinin əməkdaşları evləri su basmaq təhlükəsi altında olan vətəndaşların evlərinə baş çəkir, monitorinq qrupları suyun səviyyəsinə nəzarəti davam etdirir.
“Evdəki əşyaları qorumaq üçün əvvəlcədən diqqətli olmalı və yaşadığınız yeri tərk etməyə hazırlaşmalısınız. Bütün təhlükəsizlik qaydalarına əməl edin!” - Taqanroqun rəhbəri yazıb.
Qeyd edək ki, Taqanroq Rusiya Federasiyasının Rostov vilayətində, Azov dənizi sahilində yerləşən şəhəridir.
QAZİLER.AZ