Ağ Ev və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iqamətgahı yaxınlığında hasarlar quraşdırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Belə ki, hakimiyyət və biznes sahibləri ölkədəki prezident seçkilərinin nəticələri elan edildikdən sonra iğtişaş və qırğınlar olmasından qorxurlar.
Məlumatda qeyd olunub ki, Maliyyə Nazirliyinin binası, Dəniz Rəsədxanası və Lafayette Meydanı yaxınlığında tikililər ucaldılıb. Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşən müəssisə sahibləri də təhlükəsizlik tədbirlərini artırmağa başlayıb, pəncərələri bağlayır və hasarlar quraşdırırlar. Bundan əlavə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın kütləvi tədbir keçirməyi planlaşdırdığı Florida ştatında da təhlükəsizlik tədbirləri gücləndirilib.
QAZİLER.AZ