İran İsrailə əvvəlkindən daha güclü hücum hazırlayır - KİV

İran İsrailə əvvəlkindən daha güclü hücum hazırlayır - KİV backend

İran İsrailə qarşı hücuma hazırlaşır. Hücumda daha güclü döyüş başlıqlarından və əvvəlki hücumlarda istifadə olunmayan “fərqli” silahlardan istifadə etmək planlaşdırılır.

Qaziler.az bildirir ki, bu barədə  “The Times of Israel” və “The Wall Street Journal” məlumat yayıb.

Misir rəsmisi WSJ-yə bildirib ki, Tehran İslam Respublikasının oktyabrın 1-də həyata keçirdiyi ballistik raket hücumuna cavab olaraq İsrailin oktyabrın 26-da endirdiyi zərbələrə cavabının "sərt və hərtərəfli" olacağı barədə Qahirəyə özəl olaraq xəbərdarlıq edib.

"Hərbçilərimiz insanları itirib, ona görə də onlara cavab verilməlidir", - İran rəsmisi bildirib.

O, əlavə edib ki, İran əməliyyatın bir hissəsi üçün İraq ərazisindən istifadə edə bilər .

İran və ərəb rəsmiləri bildiriblər ki, İran əvvəlki iki hücumda olduğu kimi raketlər və pilotsuz təyyarələrlə cavab tədbirlərini məhdudlaşdırmağı planlaşdırmır. Bundan əlavə, istifadə edilən hər hansı raket daha güclü döyüş başlığına malik olacaq.

Cavab üçün də vaxt çərçivəsi var. İran rəsmisinin sözlərinə görə, İran öz hücumu ilə ABŞ seçkilərinə təsir etmək istəmir, ona görə də cavab çərşənbə axşamı, noyabrın 5-də keçirilən səsvermədən sonra, lakin yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl veriləcək.

WSJ həmçinin əlavə edib ki, Amerika kəşfiyyat xidmətlərinin məlumatına görə, İran Donald Trampdan çox Kəmalə Harrisi ABŞ prezidenti kimi görməyə üstünlük verir.

QAZİLER.AZ

Diaspora