Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.
“Son məlumata görə və ümid edirik ki, bu son rəqəm olacaq, 14 nəfər həlak olub. Onlardan 8-i nəfər Serbiya vətəndaşı, biri isə Şimali Makedoniyanın vətəndaşıdır. Beş nəfərin kimliyi hələ müəyyən edilməyib, – Vuçiç qeyd edib.
Qeyd edək ki, yerli media hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını bildirib. Vurğulanıb ki, 14 nəfərin ölümündən əlavə, hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlər alıb.