Polşa “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başlayıb.
Qaziler.az “Euronews”a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk bildirib.
“Şərq Qalxanı” Müdafiə Nazirliyi və Polşa Ordusunun Baş Qərargahı tərəfindən hazırlanmış və ümumi uzunluğu təxminən 800 km olan Polşanın Rusiya və Belarusla sərhədlərində müxtəlif növ istehkamların, relyef maneələrinin və hərbi infrastrukturun tikintisini nəzərdə tutan proqramdır. Layihənin təqdimatı bu ilin may ayında keçirilib.
“Şərq qalxanı”nın tikintisinə başlandı! İlk iş Rusiya ilə sərhəddir”, - Polşanın baş naziri deyib.
QAZİLER.AZ