Serbiyada dəmiryol vağzalında beton örtük uçub: 14 nəfər həlak olub

Serbiyada dəmiryol vağzalında beton örtük uçub:  14 nəfər həlak olub backend

Serbiyanın ikinci ən çox əhalisi olan Novi-Sad şəhərində dəmiryol vağzalında beton örtüyün uçması nəticəsində 14 nəfər həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Tanjuq” məlumat yayıb.

Beton tavan yerli vaxtla günorta radələrində stansiyanın kənarındakı skamyalarda oturan insanların üzərinə çöküb.

Stansiya binası 2021-ci ildə yenidən qurulub və iyulun 5-də rəsmi açılış ilə əlaqədar yenidən təmir edilib.

Bununla bağlı ölkənin baş naziri Miloş Vuçeviç bildirib ki, 1964-cü ildə tikilmiş beton örtüyün təhlükəsiz vəziyyətdə saxlanmasına cavabdeh olanların hamısı məsuliyyətə cəlb olunacaq.

QAZİLER.AZ

Diaspora