“Reuters”-in Pakistan bürosunun rəhbəri evində ölü tapılıb

“Reuters”-in Pakistan bürosunun rəhbəri evində ölü tapılıb backend

“Reuters” agentliyinin Pakistan bürosunun rəhbəri evində ölü tapılıb. APA-nn “BBC Russia”-ya istinadən verdiyi məlumata görə, yerli polis Mariya Qolovninanın meyitinin İslamabaddakı mənzildə aşkar edildiyini açıqlayıb.

Büro rəhbərinin ölümünün səbəbi hələlik müəyyənləşməyib. Polis bildirib ki, jurnalistin ölümü ilə bağlı cinayət işi açılıb.