ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 425 milyon dollar məbləğində əlavə yardım paketi ayırıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Departamentin saytında qeyd olunub ki, bu, Kiyevə verilən 69-cu hərbi dəstək tranşıdır.
Nazirlik Ukraynaya göndərilən silahların siyahısını da açıqlayıb.
Kiyev ABŞ-dan hava hücumundan müdafiə sistemləri (NASAMS), “Stinger” raketləri, pilotsuz uçuş aparatları ilə mübarizə üçün avadanlıq, “hava-yer” döyüş sursatları və yüksək mobil artilleriya raket sistemləri (PUA) üçün sursat alacaq. Amerika tərəfi həmçinin Ukraynaya 155 mm və 105 mm-lik artilleriya sursatları, TOW raketləri, Javelin və AT-4 tank əleyhinə sistemlər, “Stryker” zirehli personal daşıyıcıları, atıcı silahlar, tibbi avadanlıqlar, ehtiyat hissələri və köməkçi avadanlıqlar göndərib.
ABŞ Müdafiə Nazirliyi Ukrayna böhranı üzrə təmas qrupu çərçivəsində 50-yə yaxın müttəfiq və tərəfdaşla işləyəcəyinə söz verib. Departament Kiyevin hərbi əməliyyatlar sahəsində təcili ehtiyaclarının ödənilməsi ilə bağlı müzakirələri davam etdirmək niyyətindədir.
QAZİLER.AZ