İranın Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi bağlamaq niyyətində olduğunu İslam Respublikasının Ali Rəhbərinin müşaviri Kamal Xərrazi bildirib.
Qaziler.az xəbər verir ki, o bu barədə “Al Mayadeen” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda müvafiq sənədin imzalanması planlaşdırılır.
Rusiya KXDR ilə oxşar sazişi bu ilin yayında Vladimir Putinin Pxenyana səfəri zamanı da bağlanıb.
“Ölkələrimiz arasında bağlanacaq saziş hazırdır. O, İran və Rusiya arasında münasibətlərin və əməkdaşlığın bütün aspektlərini əhatə edir. Sənəd yaxın vaxtlarda imzalanacaq”, - Xərrazi bildirib.
O qeyd edib ki, Kazanda keçirilən BRİCS sammitində tərəflər saziş imzalamalı idilər. Xərrazinin sözlərinə görə, Moskva sazişin prezidentin səfəri zamanı imzalanmasına israr edib, beləliklə bu da sazişin əhəmiyyətini vurğulayır.
QAZİLER.AZ